Yenə "Barselona"... - “Metropolitano”dakı seriyaya son qoyuldu / VİDEO

“Aletiko Madrid" ev oyunlarını keçirdiyi “Metropolitano” stadionunda ilk dəfə böyük hesabla məğlub olub.

Metbuat.az xəbər verir ki, bu, La Liqanın 29-cu turunda “Barselona” ilə oyunda qeydə alınıb.

"Barselona"ya 3:0 hesabı ilə məğlub olan "Atletiko Madrid", 2017/2018 mövsümündən rəqiblərini “Metropolitano”da qəbul edəndən sonra ilk dəfə fərqlənmədən öz qapısından 3 qol buraxıb. Həmçinin, “Aletiko Madrid"in evdə 25 oyunluq məğlubiyyətsizlik seriyasına son qoyulub. Son 25 qarşılaşmanın 23-də qələbə qazanan paytaxt təmsilçisi öz meydanında sonuncu dəfə 2023-cü ilin yanvarında məhz “Barselona”ya (0:1) uduzmuşdu.




Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR