Azərbaycan güləşçiləri "Çempionlar" turnirində 10 medal qazanıblar

Türkiyənin Antalya şəhərində güləş üzrə “Çempionlar” turniri keçirilib.

Federasiyanın mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, U-20 yaş qrupu üzrə təşkil edilən yarışda Azərbaycanı sərbəst və qadın güləşçilər təmsil ediblər.

Ənənəvi turnirdə idmançılarımız 10 (2 qızıl, 2 gümüş, 6 bürünc) medal qazanıblar. Böyük məşqçi Arif Abdullayev, məşqçilər Rövşən Hacıyevlə Nazim Əlicanovun rəhbərliyi altında Antalyada iştirak edən sərbəst güləş üzrə millinin 6 üzvü fəxri kürsüyə qalxıb. Musa Verdiyevlə (65 kq) Sadiq Mustafazadə gümüş, Ruslan Abdullayev (61 kq), Ramik Heybətov (70 kq), Anar Cəfərli (92 kq) və Yusif Dursunov (125 kq) isə bürünc medal qazanıb. Yığmamız komanda hesabında 3-cü yeri tutub.

Böyük məşqçi Rövşən Umudov və məşqçi Solmaz Adilovanın rəhbərliyi altında qadınlardan ibarət millinin 4 üzvü medal əldə edib. Əsmər Cankurtaranla (53 kq) Ruzanna Məmmədova (62 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Elvina Kərimzadə (55 kq) və Nərgiz Səmədova (55 kq) isə bürünc medal əldə edib. Bu komandamız da yekunda 3-cü yeri tutub.

“Çempionlar” turnirində beynəlxalq dərəcəli hakim Sevinc Yusibova ədaləti qoruyub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı