Azərbaycana turist axını xeyli artıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycana 167 ölkədən 341 min nəfər və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 46,7 % çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata görə, gələnlərin 26,8 %-i Rusiya, 19,9 %-i Türkiyə, 9,8 %-i İran, 6,9 %-i Hindistan, 4,8 %-i Gürcüstan, 3,4 %-i Səudiyyə Ərəbistanı, hər birindən 2,7 %-i olmaqla Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Qazaxıstan və Pakistan, 2,1 %-i Küveyt, 1,8 %-i Özbəkistan, 1,5 %-i Türkmənistan, hər birindən 1,3 % olmaqla Oman və Ukrayna, 1,1 %-i Belarus, 11,2 %-i digər ölkələrin vətəndaşları olub. Gələnlərin 73,9 %-ini kişilər, 26,1 %-ini qadınlar təşkil edib..

Son 1 il ərzində Çindən gələnlərin sayı 4,1 dəfə, Səudiyyə Ərəbistanından 2,8 dəfə, Hindistandan 2,7 dəfə, Qırğızıstandan 2,6 dəfə, Bəhreyndən 2,5 dəfə, Qazaxıstandan 2,4 dəfə, Tacikistandan 2,4 dəfə, Filippindən 2 dəfə, Omandan 1,9 dəfə, İspaniyadan 1,9 dəfə, Özbəkistandan 1,9 dəfə, Cənubi Koreyadan 1,9 dəfə, İordaniyadan 1,8 dəfə, İtaliyadan 1,8 dəfə, Türkmənistandan 1,7 dəfə, Misirdən 1,7 dəfə, Yəməndən 1,7 dəfə, Küveytdən 1,6 dəfə, İrandan 1,6 dəfə, Polşadan 47,7 %, Türkiyədən 38,8 %, Fransadan 38,5 %, Ukraynadan 31,7 %, Pakistandan 28 %, BƏƏ-dən 27,6 %, Almaniyadan 27 %, Gürcüstandan 24,5 %, ABŞ-dan 24,3 %, Moldovadan 23,9 %, Rusiyadan 21,5 %, Niderlanddan 20,9 %, Belarusdan 14 %, Böyük Britaniyadan - 13,9 %, Qətərdən 11,9 % artıb.

Ötən ilin yanvar-fevral ayları ilə müqayisədə körfəz ölkələrindən gələnlərin sayı 1,7 dəfə artaraq 68,9 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 1,6 dəfə artaraq 11,1 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 31,4 % artaraq 122,8 min nəfər olub.

Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 67,6 %-i hava, 31,0 faizi dəmir yolu və avtomobil, 1,4 %-i isə dəniz nəqliyyatından istifadə edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı