Azərbaycanda 13 yaşlı uşaq xəstəxanada öldü - AÇIQLAMA

Şəkidə 13 yaşlı uşaq xəstəxanada ölüb.

Metbuat.az Apa-ya istinadən bildirir ki, bu gün axşam saat 18 radələrində 2011 təvəllüdlü Şəki şəhər sakini Tunar Asim oğlu Məmmədov Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) daxil olub.

Həkimlərin səyinə baxmayaraq T. Məmmədov xəstəxanaya daxil oduqdan bir qədər sonra saat 19:20-də burun və ağızdan nəməlum səbəbdən qanaxmadan dünyasını dəyişib.

Uşağın son iki gün ərzində bədən tempraturunun yüksək olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Hadisə ilə bağlı TƏBİB-dən bildirilib:

"Martın 18-də saat 18:00 radələrində 2011-ci il təvəllüdlü (kişi cinsli) şəxs Şəki Rayon Mərkəzi Xəstəxanasına təcili tibbi yardım avtomobili vasitəsilə hospitalizasiya olunub. Ona dəqiqləşdirilməmiş hemorragik vəziyyət diaqnozu təyin edilib. Pasiyent xəstəxanaya qəbul edilən zaman üz, boyun, gövdə nahiyələrində və aşağı ətrafların yuxarı hissəsində hemorragik səpgilər, eləcə də huşunun alaqaranlıq olması müşahidə edilib. Pasiyentdən dərhal laborator analizlər götürülərək konsultasiya məqsədilə həkim-reanimatoloq, həkim-infeksionist və həkim-hematoloqun rəyi alınıb. Həkimlərin çoxsaylı səylərinə baxmayaraq saat 19:20-də pasiyentin ölüm halı qeydə alınıb".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı