UEFA azərbaycanlı FİFA referisi Elçin Məsiyevə daha bir təyinat verib.
Metbuat.az AFFA-nın saytına istinadən xəbər verir ki, o, 21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Sloveniya U-21 - Bosniya və Herseqovina U-21 oyununu idarə edəcək.Məsiyevə yan xətdə Pərvin Talıbov və Elşad Abdullayev kömək edəcəklər. Dördüncü hakim funksiyasının İnqilab Məmmədov yerinə yetirəcək
Qeyd edək ki, martın 22-də keçiriləcək matç Bakı vaxtı ilə saat 21:00-da başlyacaq.