Azərbaycan çay idxalını və ixracını azaldıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycana 1 min 762 ton çay idxal edilib.

Metbuat.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə çayın dəyəri 8 milyon 897 min ABŞ dolları təşkil edib.

Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 159 ton (8,2 %), dəyər baxımından isə 1 milyon 400 min ABŞ dolları (13,5%) azdır.

Hesabat dövründə çay idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 0,4 %-ni təşkil edib.

Azərbaycan 2 ayda həmçinin 915 min ABŞ dolları dəyərində 98,8 ton çay ixrac edib. Bunlar, 1 il əvvələ nisbətən həcm baxımından 27 ton (21,5%), dəyər baxımından isə 179 min ABŞ dollar (16,4 %) azdır.

Hesabat dövründə çay ixracından gəlirlər Azərbayanın ümumi ixrac gəlirlərinin 0,02 %-ni təşkil edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı