Azərbaycanlı hakim UEFA-dan növbəti təyinat alıb

Beynəlxalq dərəcəli hakim-inspektor Babək Quliyev UEFA-dan növbəti təyinat alıb.

Metbuat.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, 21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Qazaxıstan-Macarıstan oyununda hakim-inspektoru vəzifəsini icra edəcək.

Qeyd edək ki, matç martın 26-da Bakı vaxtı ilə saat 18:00-da Almatıdakı “Almaty Ortalyk” stadionunda start götürəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı