Azərbaycan millisi İngiltərəyə məğlub oldu

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

Metbuat.az xəbər verir ki, F qrupunda yer alan yığma liderlər qrupunda qərarlaşan İngiltərə ilə qarşılaşıb.

“Qarabağ Arena”da baş tutan qarşılaşmadan qonaq komanda böyük hesabla qalib ayrılıb. İngiltərə yığmasının 5 qoluna Samir Əliyevin yetirmələri son dəqiqələrdə vurduqları təsəlli topu ilə qarşılıq verə biliblər.

Bununla ingilislər xallarının sayını 15-ə yüksəldiblər. Azərbaycan millisi isə 3 xalda qalıb.

Qeyd edək ki, U-21 millimiz martın 26-da eyni məkanda qrupun lideri Ukraynanı qəbul edəcək.

Avropa çempionatının seçmə mərhələsi

F qrupu

22 mart

Azərbaycan – İngiltərə 1:5

Qollar: Ramin Nəsirli, 83 - Harvi Elliot, 25, 67, Noni Madueke, 29, Teylor Harvud-Bellis, 53, Arçi Qrey, 88

Baş hakim: Antoni Bandiç (Bosniya və Herseqovina)

Bakı, “Qarabağ Arena”


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı