Azərbaycan – Ukrayna oyununun hakimləri açıqlandı

21 yaşadək futbolçular arasında AVRO-2025-in seçmə mərhələsində keçiriləcək Azərbaycan – Ukrayna matçının hakimləri bəlli olub.

Metbuat.az xəbər verir ki, ədalət təmsilçilərini UEFA-nın mətbuat xidməti açıqlayıb.

Martın 26-da keçiriləcək qarşılaşmanı Xorvatiyadan olan hakimlər idarə edəcəklər. Dario Bel matçın baş hakimi olacaq.

Ona Qoran Pataki və İvan Yaniç kömək edəcəklər. Dördüncü hakim funksiyasını Zdenko Lovriç yerinə yetirəcək.

Qeyd edək ki, Azərbaycan – Ukrayna oyunu “Azərsun Arena”da keçiriləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı