Bakıda vəkil həbs edildi - FOTO

200 min manata yaxın mənimsəmədə ittiham olunan 1 saylı Hüquq Məsləhətxanasının sabiq müdiri Sümbülə Əliyeva həbs edilib.

Metbuat.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bir müddət əvvəl barəsində qiyabi həbs qərarı çıxarılmış vəkil polis əməkdaşları tərəfindən saxlanılıb.

Əliyeva müvəqqəti saxlanma məntəqəsinə yerləşdirilib. S.Əliyevanın işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. O, bir ilə yaxın məhkəmə proseslərinə gəlməyib. Onun haqqında ötən ilin əvvəlində polis vasitəsilə məcburi məhkəməyə gətirilmə qərarı çıxarılsa da, keçmiş vəkili yenə də hakim qarşısına çıxarmaq mümkün olmayıb. Hakim Mahmud Ağalarov çoxsaylı çağırışlarına gəlməyən xanım müttəhim haqqında qiyabi həbs qərarı qəbul edib. Artıq qərar polis tərəfindən icra edilib. Yaxın günlərdə məhkəmə araşdırması yenidən davam edəcək.

Qeyd edək ki, Vəkillər Kollegiyası Rəyasət Heyətinin qərarı ilə Sümbülə Əliyevanın vəkillik fəaliyyəti barəsində elan olunacaq hökm qanuni qüvvəyə minənədək dayandırılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı