Ardıcıl 5 gün iş olmayacaq - Tarixlər

Azərbaycanda Ramazan bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq.

Metbuat.az xəbər verir ki, baş nazir Əli Əsədovun imzaladığı qərarla iş və istirahət günlərinin yerləri dəyişdirilib.

Qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 12 aprel iş günü ilə 6 aprel istirahət gününün yerləri dəyişdirilib.

Qeyd edək ki, 10, 11 aprel Azərbaycanda Ramazan bayramıdır. Aprelin 12-si həftənin cümə gününə təsadüf etdiyindən aprelin 6-sı şənbə günü ilə yerləri dəyişdirilib. Bu da o deməkdir ki, ardıcıl 5 gün (aprelin 10,11,12,13 və 14-ü) iş olmayacaq. Aprelin 6-sı isə rəsmi iş günü elan edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı