Martın 30-da məktəbəqədər təhsil müəssisələrinə müdir vəzifəsinə işə qəbulun test imtahanı mərhələsi keçiriləcək.
Metbuat.az xəbər verir ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən verilən məlumata görə, test imtahanı mərhələsində ümumilikdə 565 namizəd iştirak edəcək.