“Transfer işləri ilə agentim məşğul olur. Mənim təkliflər barədə məlumatım yoxdur”.
Metbuat.az-ın məlumatına görə, bunu “Qarabağ”ın futbolçusu Olavio Juninyo deyib.
“Kəpəz”ə 6:1 hesabı ilə qalib gəldikləri XXVIII tur matçından sonra açıqlama verən hücumçu “Qarabağ”la Azərbaycan çempionu olması barədə danışıb:
“Bu, peşəkar idmançı kimi birinci titulumdur və mənə əlavə sevinc bəxş edir. Hər mövsümdən əvvəl klub qarşısına hədəflər qoyur. Bu qədər erkən çempionluq gözləmirdim. Amma planımızda titula sahib çıxmaq var idi”.