Sumqayıtda 13 yaşlı yeniyetmə narkotikdən öldü

Sumqayıtda yeniyetmə “peredozdan” ölüb.

Metbuat.az APA-ya istinadən xəbər verir ki, hadisə İnşaatçılar qəsəbəsində qeydə alınıb.

    2011-ci il təvəllüdlü Ə.R.-nin yaşadığı evdə meyiti tapılıb.

    13 yaşlı yeniyetmənin yüksək dozalı narkotik istifadəsindən öldüyü ehtimal olunur.

    Fakt araşdırılır.


    Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
    0552252950 (Whatsapp)

    BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

    Media Savadlılığı