Paşinyanın istefası ilə bağlı iddia əsassızdır - Politoloq

Xəbər verdiyimiz kimi, müxtəlif mənbələrdə Ermənistanın baş naziri Nikol Paşinyanın istefa verəcəyi ilə bağlı iddialar səsləndirilir. Bəs bu, nə dərəcədə realdır?

Məsələ ilə bağlı Metbuat.az-a danışan politoloq Elçin Mirzəbəyli bildirib ki, yayılan xəbərlərin sonradan bütün informasiya portallarından silinməsi göstərir ki, iddia əsassızdır:

"Nikol Paşinyanın istefa verəcəyi və sentyabrın 10-da Ermənistanda növbədənkənar seçkilərin keçiriləcəyi ilə bağlı xəbəri müxalifyönlü “Jovoqurd” qəzetinin portalı olan “ArmLur.am” yayıb. Xəbəri Rusiyanın bəzi informasiya resursları “ArmLur.am” saytına istinadən yaysalar da, əksəriyyyəti, o cümlədən “Sputnik” artıq səhifəsindən çıxarıb. Bu isə sübuta yetirir ki, xəbər reallığı əks etdirmir".

Politoloqun sözlərinə görə, xəbərdə Paşinyanın istefasının, onun öz dərisini xilas etmək üçün bir şans olduğunun vurğulanması da, konkret mövqe ifadə etdiyi üçün sözügedən məlumatı “xəbər” statusundan çıxarır.

Seyranə Quliyeva / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı