Nərimanov Rayon Məhkəməsində dələduzluqda təqsirləndirilərək həbs edilən Tofiq Yaqublunun ev dustaqlığına buraxılması ilə bağlı verdiyi vəsatətə baxılıb.

Metbuat.az-ın məlumatına görə, hakim Hafiz Kamranovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul edilib. Qərara əsasən, vəsatət təmin edilməyib.

Qeyd edək ki, T. Yaqublu ötən il dekabrın 14-ü saxlanılıb. O, külli miqdarda ziyan vurmaqla dələduzluq etməkdə, rəsmi sənədləri saxtalaşdırmaqda və bilərəkdən saxta sənədlərdən istifadə etməkdə ittiham olunur.

Nərimanov Rayon Məhkəməsinin qərarı ilə T. Yaqublu barədə 4 aylıq həbs qətimkan tədbiri seçilib.