Yaşardan yeni mahnı: "Xəbər elə" - VİDEO

Müğənni Yaşar Yusub yazın gəlişi ilə ilk layihəsini təqdim edib.

Metbuat.az xəbər verir ki, ifaçı "Xəbər elə" adlı yeni ifa etdiyi nəğməni artıq izləyicilərinin ixtiyarına verib. Bəstənin sözləri Oktay Kamil, musiqisi Fərid Kərimli, aranjimanı isə Elvin Musayevə aiddir. Yaşarın sadəcə şəkillərlə "cover" variantda hazırladığı işi yenə də sevgidən bəhs edir. Müğənni lirik balladaların onun repertuarında daha çox uğurlu alındığını deyərək, bu musiqinin də tezliklə seviləcəyini bildirir.

Qeyd edək ki, "Xəbər elə" artıq Yaşarın rəsmi "youtube" kanalında "online"dır.




Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR