Mayda bu şəxslər əfv oluna bilər - AÇIQLAMA

Aprelin 3-də Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının 2024-cü ildə ilk iclası keçirilib. İclasda komissiyaya daxil olan 100-dən artıq müraciətə baxılıb. Bu il komissiyan 700-dən çox müraciətə baxacaq.

Müxtəlif hüquq müdafiəsi üzrə QHT-lər də komissiyaya öz siyahılarını təqdim edirlər. Belə QHT-lərdən biri də Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətidir.

Metbuat.az xəbər verir ki, "Modern.az" QHT ilə neçə nəfərdən ibarət siyahı təqdim etdiklərini öyrənmək üçün əlaqə saxlayıb. Cəmiyyətin sədri, hüquq müdafiəçisi Novella Cəfəroğlu Əfv Komissiyasına 40 nəfərdən ibarət siyahı təqdim etdiklərini deyib:

“Siyahıda 40-a yaxın adamın adını qeyd etmişik. Orada blogerlər, jurnalistlər, ömürlüklər də var. Qubad İbadoğludan tutmuş bir çox şəxslərin də adını siyahıya əlavə etmişik. Hansıları buraxarlar, buraxarlar. Çox istərdik ki, bu il siyasi motivlərlə tutulduğu iddia olunan şəxslərin hər biri buraxılsınlar. Beləliklə canımız Avropa Birliyinin, ABŞ-nin təhdidindən qurtulsun”.

Qeyd edək ki, bu ilin may ayında əfv sərəncamının imzalanması gözlənilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı