UEFA Azərbaycanın 11 klubuna ödəniş edib

UEFA Azərbaycanın 11 klubuna ödəniş edib.

Metbuat.az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.

Bildirilib ki, maliyyə vəsaiti milli komandaların heyətində Avropa çempionatının seçmə mərhələsində və UEFA Millətlər Liqasının matçlarında çıxış etmiş futbolçulara görə ödənilib.

Avropa futbol qurumundan klublara ayrılmış 647 min 643 avro milli assosiasiyanın vasitəçiliyi ilə klubların hesablarına köçürülüb.

“Qarabağ” 219 min 540 avro, “Sabah” 135 min 383 avro, “Neftçi” - 109 min 770 avro, “Qəbələ” 47 min 567 avro, “Zirə” 43 min 908 avro, “Səbail” 25 min 613 avro, “Araz-Naxçıvan” 21 min 954 avro, “Turan Tovuz” və “Sumqayıt” hərəyə 14,636 avro, “Şamaxı” ilə “Kəpəz” isə 7 min 318 avro alıblar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı