Yurgen Klopp Almaniya millisinin baş məşqçisi ola bilər.
Metbuat.az xəbər verir ki, Almaniyanın futbol federasiyası millinin rəhbərliyinə Kloppu gətirmək istəyir. Bildirilir ki, Klopp iki il sonra Almaniya millisini çalışdıra bilər. Məlumatda deyilir ki, mövsümün sonunda “Liverpul”dan ayrılacağını açıqlayan Klopp istirahət etmək istədiyini ifadə edib. İstirahətdən sonra isə o Almaniya millisinin təklifini qəbul edə bilər.
Qeyd edək ki, Yurgen Kloppun “Barselona” və “Bavariya”nın təklifini rədd etdiyi barədə xəbərlər dərc edilmişdi.