​Özbəkistanlı işgüzar xanım The Globe Gala-da ulduzu parlayanlardan oldu - FOTO

Zəngin özbək ənənələri ilə müasir tərzi bir araya gətirən işgüzar xanım Nilufər Xudoyberdiyeva, beynəlxalq mükafatlandırma mərasimində təltif olundu.

Teleaparıcı, ssenarist, prodüser kimi fəaliyyət göstərən tanınmış özbəkistanlı işgüzar xanım, eyni zamanda “Son Media Holdinq”in təsisçisi, “Mubina” farm apteklər şəbəkəsinin qurucusudur. Fəaliyyəti müddətində "Namaste Sevgi", "Tənhalar", "Yalançı sevgili", "Günahsız", "Mənə nə var?", "Milyonçu kürəkən" kimi müəllif filmlərinə imza atan uğurlu xanım hazırda "Qarı qız" bədii filmi üzərində çalışır.

Nilufər Xudoyberdiyeva 15 ildən artıqdır ki, Özbəkistanda müxtəlif irimiqyaslı layihələrin təşkilatçısı kimi adından söz etdirir. Onun son imza atdığı nəhəng layihələrdən bir də “İpək yolunun mirvarisi - 2023” XV Daşkənd Beynəlxalq Film Festivalıdır.

Yaradıcı dünyagörüşünə malik işgüzar xanım paylaşmağı sevir. O, hesab edir ki, sevgi paylaşdıqca çoxalır.

Daim özünü təkmilləşdirən işgüzar xanım Nilufər Xudoyberdiyeva, 19 Mart 2024-cü il tarixində beynəlxalq “The Globe Gala” layihəsində ilin “The Innovative Producer of The Year” nominasiyasına layiq görülmüşdü.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR