2 oyunda 10 qol vuruldu - Çempionlar Liqası

UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə start verilib.

Metbuat.az-ın məlumatına görə, ilk gündə iki oyun keçirilib. “Real” “Mançester Siti”ni qəbul edib. Oyun 3-3 hesabı ilə başa çatıb.

Digər qarşılaşma Londonda baş tutub. “Arsenal” “doğma divarlar” arasında “Bavariya”nı qəbul edib. Oyun 2-2 hesabı ilə yekunlaşıb.

UEFA Çempionlar Liqası
1/4 final, ilk oyunlar
9 aprel

“Real” (İspaniya) – “Mançester Siti” (İngiltərə) – 3:3
Qollar:
Ruben Diaş, 12 (avtoqol), Rodriqo, 14, Federiko Valverde, 79 – Bernardu Silva, 2, Fil Foden, 66, Yoşko Qvardiol, 71.
Baş hakim: Fransois Letexye (Fransa).
Madrid, “Santyaqo Bernabeu” stadionu.

“Arsenal” (İngiltərə) – “Bavariya” (Almaniya) – 2:2
Qollar:
Bukayo Saka, 12, Leandro Trossard, 76 – Serj Qnabri, 18, Harri Keyn, 32 (pen.).
Baş hakim: Qlenn Nuberq (İsveç).
London, “Arsenal” stadionu.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı