Ruhi Çenetin kanalı oğurlandı

Türkiyəli yutuber Ruhi Çenetin kanalı oğurlanıb.

Metbuat.az "Haber Global"a istinadla xəbər verir ki, doqquz milyona yaxın abunəçisi olan kanalın adı “Ripple” ilə dəyişdirilib. Əsasən dünyanın müxtəlif ölkələrinə səyahət edən və orada olan maraqlı hadisələri, əhalini, yaşayış tərzini qeydə alan Ruhi Çenet Azərbaycanla bağlı da müxtəlif videoçarxlar hazırlayıb. Onun lentə aldığı kadrlardan biri də Gəncədə erməni terrorundan zərər görən insanlar və infrastruktura dəyən zərər barədə olub. Bu sujet nəticəsində bir çox faktlar dünya ictimaiyyətinin diqqətinə çatdırılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı