Ançelotti "Siti"ni keçməyin taktikasını açıqladı

“Bu, yaxşı balanslaşdırılmış oyun idi. Hər iki komanda həqiqətən də son ana qədər mübarizə apardı. Yekun nəticə çətin heç-heçə oldu. Onlara təzyiq etdiyimiz zaman yaxşı idik. Sürətli hücum futbolu oynamaq bacarığımızdan istifadə etmək üçün çox çalışdıq".

Metbuat.az xəbər verir ki, bu sözləri "Real"ın baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının 1/4 finalında "Mançester Siti" ilə 3:3 hesablı heç-heçə etdikləri ilk oyundan sonra deyib.

"Rəqib erkən qol vurdu. Düzünü desəm, heç kim onlardan qol gözləmirdi. Amma biz çox yaxşı cavab verdik və 60 dəqiqə mükəmməl oynadıq" - deyə o bildirib.

Mütəxəssis komandasının oyunundan razı qaldığını vurulayıb: "Cavab oyununda heç olmasa kiçik üstünlük əldə etmək istəyirdik. Amma düşünürəm ki, bu oyundan razı qalmalıyıq. Biz çox yaxşı çıxış etdik. Bunu gələn həftə təkrar etsək, o zaman yarımfinala vəsiqə qazana bilərik”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı