İran: İsrailə cavabımız yekunlaşdı

"Hücum tamamlandı".

Metbuat.az xəbər verir ki, bu barədə İranın BMT-dəki daimi nümayəndəliyi açıqlama yayıb. Açıqlamada İsrailə hücum “BMT Nizamnaməsinin 51-ci maddəsinə (özünümüdafiə məqsədi ilə hücum) uyğun olaraq həyata keçirildiyi qeyd olunub.

“Məsələnin yekunlaşdığını güman etmək olar. Lakin İsrail rejimi növbəti səhvə yol verərsə, İranın reaksiyası daha sərt olacaq”, - deyə bildirilib.

İran mediasında vətəndaşların küçələrə axışaraq İsrailə edilən hücumları qeyd etdikləri görüntülənib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı