ÇL-də ilk yarımfinalçılar müəyyənləşdi

Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab oyunlarına start verilib.

Metbuat.az xəbər verir ki, ilk gündə 2 cavab görüşü keçirilib."Barselona" ilk oyunda 3:2 hesabı ilə qalib gəldiyi PSJ ilə bu dəfə evdə qarşılaşıb. Paris təmsilçisi 4:1 hesablı qələbə qazanarak növbəti mərhələyə yüksəlib. Digər matçda Dortmund "Borussiya"sı "Atletiko" ilə üz-üzə gəlib. İlk görüşdə Madrid təmsilçisi 2:1 hesablı qələbə qazansa da, Almaniya klubu cavab qarşılaşmasında rəqibini 4:2 hesabı ilə məğlub edərək yarımfinala adını yazdırıb. Yarımfinalda PSJ və "Borussiya" üz-üzə gələcək.

Qeyd edək ki, 1/4 finalın digər 2 cavab oyunu sabah keçiriləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı