Aparıcının düşdüyü qəza ilə bağlı DYP-dən AÇIQLAMA

Xəbər verdiyimiz kimi, tanınmış teleaparıcı Aytən Səfərova Zığ şosesində Gənclik parkının yaxınlığında avtomobil qəzasına düşüb.

Hadisə ilə bağlı DYP-dən Metbuat.az-a bildirilib ki, hadisə bu gün səhər saat 06.50 radələrində baş verib:

"Zığ şosesi ilə Sadıqcan küçəsinin birləşməsində iki “Hyundai” markalı minik avtomobili toqquşub. Zərbənin təsiri nəticəsində avtomobillərdən biri aşıb və qarşıda dayanan "KİA Soul" markalı avtomobilə çırpılıb. Xəsarət alanlar var. Hazırda faktla bağlı araşdırma aparılır”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR