Aprelin 18-də Ramana qəsəbəsi, dalan 1, ev 2 fərdi yaşayış evində iki nəfərin meyiti tapılıb.
Metbuat.az xəbər verir ki, meyiti tapılan şəxslərdən birinin 37 yaşlı Ələmdar Abuzərov olduğu bildirilib. Sakinlərin sözlərinə görə, digər şəxs isə xanım olub.
Onların dəm qazından zəhərlənərək öldükləri qeyd edilib. Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.