Azərbaycanda daha bir bank bağlanır

“Naxçıvan Bank” ASC bu ilin ilk rübündə 12 milyon manata yaxın kiçilib.

Metbuat.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bankın aktivləri 1 aprel 2024-cü il tarixinə 194,6 milyon manat təşkil edib. Bu isə 2023-ci ilin sonu ilə müqayisədə 11,6 milyon manat, yaxud 5,6% azdır.

Bankın əsas gəlir mənbəyi olan kredit portfeli isə bu dövrdə 27,6 milyon manat və ya 20,7% azalaraq 103,6 milyon manata enib. Ümumilikdə bankın öhdəlikləri təxminən 127,6 milyon manata bərabər olub ki, bu ilin əvvəlinə nisbətən 16,6 milyon manat və ya 11,5% azalma deməkdir.

“Naxçıvan Bank”ın depozit portfeli ilk rübdə 15 milyon manat və ya 23,7% azalaraq 48,4 milyon manata enib. Bu dövrdə bankın cəmi kapitalı isə 8,1% artaraq 66,97 milyon manata yüksəlib.

“Naxçıvan Bank”ın maliyyə şöbəsindən Yenisabah.az-a verilən açıqlamaya görə, depozit və kredit portifelinin azalması bankın düşdüyü çətin vəziyyətlə bağlıdır:

“Bank bağlanmağa doğru gedir. Hazırda bank faktiki olaraq, satılır. Depozitlərin və kreditlər portfelinin azalması da elə bununla bağlıdır. Bununla bağlı rəsmi açıqlama yəqin ki, gələn ay veriləcək. Hazırda depozit və kredit portfelləri hamılıqla “Kapital Bank”a yönləndirilir”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı