“Azərbaycan qarşısına qoyduğu hədəfləri hər zaman reallaşdırır” - Elnur Kəlbizadə

“Azərbaycan Prezidenti İlham Əliyevin ADA Universitetində keçirilən “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumdakı nitqi və dünyanın ən müxtəlif ölkələrindən olan səfirlərin, siyasi analitiklərin, beyin mərkəzləri təmsilçilərinin suallarına verdiyi cavablar Azərbaycanın həm regional əməkdaşlıq, həm qlobal siyasətlə bağlı aydın hədəflərinin olduğunu göstərir”.

Bu fikirləri Metbuat.az-a AMEA-nın Qafqazşünaslıq İnstitunun ermənişünaslıq şöbəsinin müdiri Elnur Kəlbizadə deyib. O bildirib ki, İlham Əliyev bu çıxışında Azərbaycanın xarici siyasətinin yeni prinsiplərini və istiqamətlərini bənd-bənd izah etdi:


“Azərbaycanın Avropa İttifaqı ilə, ittifaqın üzvü olan ayrı-ayrı ölkələrlə, Çinlə, Rusiya ilə, qonşu dövlətlərlə, o cümlədən Ermənistanla münasibətlərdə qarşıya qoyduğu hədəfləri aydınlaşdırdı. Ən çox diqqət çəkən məqamlar sırasında - Rusiya sülhməramlılarının vaxtından öncə Azərbaycandan çıxarılması prosesində hansı amillərin əhəmiyyətli rol oynaması, Azərbaycanın Avropa İttifaqına və ya Avrasiya İqtisadi Birliyinə inteqrasiya ilə bağlı yanaşmasının nədən ibarət olması var.

Eyni zamanda, Azərbaycan-Ermənistan münasibətlərində real vəziyyət nədir, Azərbaycan hansısa bir vasitəçiliyi qəbul edəcəkmi, Ermənistan hazırki şərtləri yenidən pozmağa çalışsa nə ilə üzləşəcək kimi məsələlər də müzakirə mövzusudur. Daha bir məqam isə dünyanın yüksələn gücü olan Çinlə münasibətlərdə prioritet olan istiqamətlər barədədir”.

Ekspert qeyd edib ki, Prezident bir daha aydın şəkildə vurğuladı ki, Azərbaycan qarşısına reallaşdıra bilməyəcəyi, reallığa, Azərbaycanın siyasi və iqtisadi mənafelərinə uyğun gəlməyən, bizi gücləndirməyən heç bir populist hədəf qoymur:

“Qazanılan uğurlar təsadüf, ya da şansın qazandırdıqları deyil, praqmatik siyasi fəaliyyətlərin nəticələridir. Əgər Azərbaycan dövləti nəyisə qarşısına hədəf qoyubsa, bunun reallaşacağından heç kəsin şübhəsi olmasın”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı