Azərbaycan Putinin ittifaqına üzv olmağı düşünür? - AÇIQLAMA

Azərbaycan Prezidenti İlham Əliyev ADA Universitetində keçirilən “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” adlı beynəlxalq forumda Azərbaycanın hazırda Avrasiya İqtisadi İttifaqına üzv olması barədə danışıb.

Dövlət başçısı vurğulayıb ki, hər şey yaxınlaşmanın hansı əlavə iqtisadi fayda verəcəyindən asılı olacaq:

“Hazırda bizim belə planlarımız yoxdur. Lakin gələcəkdə bunu nəzərdən keçirməyəcəyimizi deyə bilmərik. Belə bir üstünlük görsək, qərar qəbul edəcəyik. Əks təqdirdə, bugünkü vəziyyət bizi qane edir”.

Məsələnin gələcəkdə prioritet olub-olmaması barədə Metbuat.az-a açıqlama verən politoloq Tural İsmayılov bildirib ki, Azərbaycan bu məsələdə prinsipial mövqeyə malikdir:

"Savaş fleytası" -

“Prezident İlham Əliyev tərəfindən Azərbaycanın mövqeyi dəfələrlə çatdırılıb. Biz Avrasiya İqtisadi Birlik də daxil olmaqla hansısa təşkilatlara inteqrasiya etməyi düşünmürük. Ölkə başçısı ADA Universitetində keçirilən sonuncu forumda bu barədə Azərbaycanın dəqiq mövqeyini ifadə etdi. Doğrudur, biz Avrasiya İqtisadi Birliyinə üzv olan ölkələrlə müxtəlif siyasi, iqtisadi və sair sahələrdə əməkdaşlığımızı dərinləşdiririk. Amma bu o demək deyil ki, Azərbaycan Avrasiya İqtisadi İttifaqına üzv olacaq və yaxud da üzvlüyü üçün müraciət edəcək”.

Politoloq hesab edir ki, Azərbaycanın Avrasiya İqtisadi İttifaqına üzvlüyü gələcək üçün prioritet sırasında deyil:

“Bu gün Azərbaycan balanslaşdırılmış xarici siyasət kursu həyata keçirir. Azərbaycan Qoşulmama Hərəkatı da daxil olmaqla önəmli təşkilatlara sədrlik edib və bu prosesdə böyük uğurlar qazanıb. Eyni zamanda, Avrasiya İqtisadi İttifaqının müxtəlif iclaslarına Azərbaycan fəxri qonaq kimi dəvət edilib. Avrasiya İqtisadi İttifaqının üzvü olan ölkələrlə müxtəlif təşkilatlar daxilində də, ikitərəfli ölkələr kontekstində də yaxşı münasibətlərimiz olsa da, bu İttifaqa üzvlük məsələsi xarici siyasət prioritetlərimiz arasında yer almır”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı