“İham Əliyev Rusiya ilə əlaqələri hər zaman diqqət mərkəzində saxlayıb” - Millət vəkili

“Rusiya sülhməramlılarının Azərbaycana gəlişindən sonra Fransanın anti-Azərbaycan təbliğat maşını "Azərbaycan Rusiya qoşunlarının Qarabağda qalmasına maraqlıdır" kimi saxta fikirləri fiaskoya uğradı”.

Bu açıqlamanı Metbuat.az-a Milli Məclisin deputatı Kamilə Əliyeva deyib.

Bu gün Azərbaycanla Rusiya arasında siyasi- iqtisadi əlaqələr yüksək səviyyədə olduğunu xatırladan millət vəkili vurğulayıb ki, Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə Baykal-Amur Maqistralının inşasına başlamasının 50 illik yubileyi ilə əlaqədar Prezident İlham Əliyevin bu ölkəyə səfəri əlaqələrin gələcəkdə daha da inkişaf etdiriləcəyinin göstəricisidir:

“Prezident İlham Əliyev 22 aprel tarixində Moskvada Rusiya prezidenti Vladimir Putin ilə təkbətək, görüşü zamanı ulu öndər Heydər Əliyevin Baykal-Amur Maqistralının tikintisində misilsiz əməyi və Azərbaycanla Rusiya arasında əlaqələrin yüksəlməsində mühüm rolundan bəsh edib. Eyni zamanda Azərbaycanla Rusiya dövləti arasında mövcud vəziyyətin yüksək səviyyədə olması barədə çıxış edib.

Rusiya rəhbəri də ulu öndər Heydər Əliyevin xatirəsinin hər zaman Rusiyada anılacağını vurğuladı. Azərbaycanla Rusiya arasında bugünkü dostluq əlaqələrinin əsası da ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Ümummilli lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra Azərbaycanla Rusiya arasında münasibətlərin ən yüksək səviyyədə inkişaf etdirilməsinə başlandı. Rusiya ilə Azərbaycan Respublikası arasında 1997-ci il iyulun 3-də imzalanan "Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında" müqavilə ikitərəfli münasibətlərin hüquqi bazasını təşkil edib”.

Kamilə Əliyeva onu da qeyd edib ki, Prezident İlham Əliyev də Rusiya ilə ikitərəfli əlaqələrin genişlənməsini hər zaman diqqət mərkəzində saxlayıb.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı