"Liverpul"dan ayrılan Klop bu kluba keçə bilər

Mövsümün sonunda "Liverpul"dan ayrılacaq Yurgen Klop yenidən "Borusiya Dortmund"a qayıda bilər.

Metbuat.az xəbər verir ki, bu barədə “The Independent” jurnalı məlumat yayıb. Məlumata görə, Klop klubda rəhbər vəzifələrindən birini tuta bilər. Almaniyalı mütəxəssisin kluba qayıtması məsələsinin gələn ilin yayına kimi müzakirə olunacağı qeyd edilib.

Xatırladaq ki, Klopp 2015-ci ildən çalışdığı “Liverpul”u bu mövsüm başa çatdıqdan sonra tərk edəcəyini açıqlamışdı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı