Azərbaycana getsəm, xəyanət edərəm - Əfsanəvi futbolçunun qızı

Rusiya gimnastikasının lideri, Azərbaycan əsilli Lalə Kramarenko bu ölkənin mətbuatına geniş müsahibə verib.

Metbuat.az publika.az-a istinadən xəbər verir ki, müsahibə zamanı Laləyə Azərbaycandan təklif gələrsə, qəbul edib-etməyəcəyi ilə bağlı sual verilib.

O, Azərbaycanın təklifini qəbul etməyin xəyanət olacağını bildirib:
- Tutaq ki, sabah Azərbaycan sizi dəvət etdi. Olimpiya Oyunlarında iştirak xatirinə bu dəvəti qəbul edərsiniz?
- Yox (gülür). Mən qısa, amma aydınam. Bu o demək deyil ki, mən Azərbaycan üçün yarışa bilmərəm. Bu, sadəcə, bir növ şəxsi ambisiya və emosiyalardır. Mən ölkəmə xəyanət edə bilmərəm. Bu, bir növ xəyanətdir.
Qeyd edək ki, Lalənin babası Sergey Kramarenko "Neftçi"nin əfsanəsi olub. Onun atası Dmitri Kramarenko isə Azərbaycan yığmasının qapıçısı olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı