"Barselona" bu yay bir çox futbolçunu satmağı planlaşdırır.
Metbuat az xəbər verir ki, yalnız 4 oyunçu Kataloniya təmsilçisi üçün toxunulmazdır. Bunlar qapıçı Mark-Andre ter Ştegen, müdafiəçi Pau Kubarsi, yarımmüdafiəçi Qavi və cinah yarımmüdafiəçisi Lamin Yamaldır. Klub bu futbolçuları çox böyük məbləğ qarşılığında belə satmayacaq.
"Barselona" Ronald Arauxo, Frenki de Yonq, Rafinya və Jül Kunde ilə yolları ayırmağı planlaşdırır.
Qeyd edək ki, "Barselona" hazırda La Liqada 3-cü yerdədir. "Real" artıq turnirdə çempionluğu rəsmiləşdirib.