Audiovizual Şuranın, MEDİA Agentliyinin və AzərTAC-ın rəhbərləri Mərakeş Krallığında işgüzar səfərdədir - FOTO

Azərbaycan Respublikası Audiovizual Şurasının sədri İsmət Səttarovdan, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılovdan və Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AzərTAC) İdarə Heyətinin sədri Vüqar Əliyevdən ibarət nümayəndə heyəti Mərakeş Krallığında işgüzar səfərdədir.

Metbuat.az xəbər verir ki, Mərakeş Krallığının audiovizual media üzrə tənzimləyici qurumu olan HACA-nın dəvəti ilə reallaşan səfər çərçivəsində nümayəndə heyətinin HACA prezidenti xanım Lətifə Axarbaş ilə görüşü baş tutub.

Görüşdə iki ölkənin audiovizual media və onun tənzimlənməsi sahəsində əməkdaşlığının genişləndirilməsi, qarşılıqlı faydalı fikir və təcrübə mübadiləsi, media qurumları arasında birbaşa əlaqalərin təşviq olunması və əməkdaşlığın digər istiqamətləri müzakirə olunub. Həmçinin cari ilin fevral ayında Azərbaycanda baş vermiş prezident seçkiləri ərəfəsində Mərakeş Krallığının bir çox media qurunmlarının nümayəndələrindən ibarət böyük heyətin Azərbaycana səfəri çərçivəsində Medianın İnkişafı Agentliyinin, AzərTAC-ın və Audiovizual Şuranın rəhbərliyi ilə görüşü məmnunluqla xatırlanıb, belə qarşılıqlı səfərlərin ölkələrimizin media subyektlərinin və jurnalistlərinin qarşılıqlı əməkdaşlığının inkişaf etdirilməsində mühüm rol oynadığı vurğulanıb.

Azərbaycan Respublikasının Mərakeş Krallığındakı Səfirliyinin dəstəyi ilə baş tutan səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin Mərakeşin gənclər, mədəniyyət və kommunikasiya naziri Mohamed Bensaid və bu ölkənin rəsmi dövlət informasiya agentliyi olan "Maghreb Arab Presse"in (MAP) baş direktoru Fuad Ariflə görüşləri nəzərdə tutulur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı