Qara dənizdə gəmi batıb.
Metbuat.az xəbər verir ki, bu barədə Rumıniya Dəniz Administrasiyası məlumat yayıb. Məlumata görə, Tanzaniya bayrağı altında üzən “Mohammed-Z” gəmisi Rumıniyanın Sfıntu-Qeorqe şəhərindən 26 dəniz mili aralıda batıb.
Qeyd edilib ki, gəminin ekipajı 11 nəfərdən - 9 Suriya və 2 Misir vətəndaşından ibarət olub. Onlardan 8-i xilas edilib. Digər 3 ekipaj üzvünün axtarışları davam edir.