Baş məşqçi Pep Qvardiola tarixində ardıcıl dörd dəfə Premyer Liqa çempionu olan "Mançester Siti" ilə bağlı qərarını verib.
Metbuat.az xəbər verir ki, Pep Qvardiola gələn mövsüm “Mançester Siti”də baş məşqçi olacağını bildirib. Müqaviləsinin son ilinə qədəm qoyan Qvardiola komandası ilə müqaviləsini tamamlamaq istədiyini bildirib. 2025-ci ilin yayında başa çatacaq müqaviləsini yeniləmək üçün rəhbərliklə danışıqlar aparan, lakin hələ tam razılığa gələ bilməyən Qvardiola müqaviləsini tamamlasa 9 mövsüm “Mançester Siti”də çalışmış olacaq.
Qeyd edək ki, Qvardiola "Mançester Siti" rəhbərliyi altında son 7 mövsümdə 5 dəfə Premyer Liqa çempionu əldə edib.