Arda qol vurur, Xavi dizinə döyür - "Onu əldən verməməliydik"

Arda Gülerin “Real Madrid”dəki uğurlu çıxışı "Barselona"nın baş məşqçisi Xavi Hernandezi növbəti dəfə təəccübləndirib.

Metbuat.az İspaniya mediasına istinadən xəbər verir ki, “Barselona” ilə anlaşmaya az qalmış “Real Madrid”i seçən Ardanın zədə səbəbindən oynaya bilməməsi "Barselona"nın təsəllisi olmuşdu. Həmin vaxt Lamine Yamalın möhtəşəm çıxışı "Barselona"ya Arda Güleri unutdurmuşdu. Lakin zədəsini sağaldan Arda uğurlu oyun nümayiş etdirib. "Defensa Central"ın məlumatına görə, Xavi Ardanın iki qol vurduğu "Vilyarreal" matçındakı çıxışından sonra "Bu uşaq dahidir, onu buraxmamalıydıq” deyə bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR