BMT TŞ-də Azərbaycanın mina problemi barədə danışıldı

Münaqişənin başa çatmasına baxmayaraq, Ermənistan Azərbaycan ərazisinə yerləşdirdiyi minaların yerləri haqqında tam və dəqiq məlumatı paylaşmaqdan imtina edir.

Metbuat.az Report-a istinadən xəbər verir ki, bunu Azərbaycanın BMT yaninda daimi nümayəndəsi Yaşar Əliyev Təhlükəsizlik Şurasının açıq iclasında çıxışı zamanı deyib.

Səfir bildirib ki, bununla da Ermənistan 30 il işğalda saxladığı bölgədə Azərbaycanın yenidənqurma səylərinin və yüz minlərlə məcburi köçkünün öz evlərinə qayıtması prosesini bilərəkdən gecikdirir:

"Münaqişə həm də Azərbaycanı dünyanın ən çox minalanmış çirklənmiş ölkələrindən birinə çevirdi, təxminən 1,5 milyon mina və naməlum sayda partlamış sursatlar bölgədə mülki əhali üçün ciddi risklər yaradır".

Diplomat qeyd edib ki, münaqişədən sonrakı dövürdə mina qurbanlarının sayını 360-a çatıb, onlardan 68-i həyatını itirib, 292-si isə ağır yaralanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR