Bakı, 6 iyun, AZƏRTAC
Bakı Uşaq Teatrının direktoru və bədii rəhbəri, aktyor, rejissor İntiqam Soltanın “Və s. Və s. Və s.” kitabının təqdimatı və “imza günü” keçirilib.
Kitabda cəmiyyətdə rast gəlinən nöqsanlara qarşı müəllifin qırmanclayıcı münasibətini əks etdirən hekayələri, felyetonları, müşahidələri əsasında yazıları, şeirləri yer alıb.
İntiqam Soltan AZƏRTAC-a bildirib ki, onun “Səndən xəbərsiz” adlı ilk kitabı 2014-cü ildə çap olunub.
Tədbirin sonunda Bakı Uşaq Teatrının aktyorları kitabdan parçaları oxuyublar.