Bu bürclərin kişiləri ən etibarlı insanlardır

Yalan danışmayan insan demək olar ki, yoxdur. Ancaq elələri var ki, onlar digərləri ilə müqayisədə daha az yalan danışır. Astroloqlar bu dəfə yalan danışmayan kişi bürclərini açıqlayıb.

Metbuat.az lent.az-a istinadən həmin bürcləri təqdim edir:

Düzgün və impulsiv insanlar kimi tanınan Qoçlar həmişə yalandan qaçır və buna görə də münasibətlərdə intriqalar yaratmağı sevmir. Gec də olsa, həmişə günahlarını etiraf edirlər. Yalan danışsalar belə, müəyyən müddət ərzində bu xoşagəlməz vəziyyətə son qoyur və yalanlarını etiraf edirlər.

Xərçənglər çox emosionaldırlar, ona görə də yalan danışa bilmirlər. Onlar həm də empatik, həssasdır. Günahlarını etiraf edirlər və yaxınları ilə münasibətlərə dəyər verirlər.

Qızlar yalanı qəbuledilməz hesab edirlər. Onlar həmişə yalanın nəticələrini düşünür və qüsursuz reputasiyalarına xələl gətirmək istəmirlər. Münaqişə vəziyyətlərində Qız bürcləri açıq insanlardır və sadəcə olaraq düşündüklərini söyləyirlər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı