Gündə bundan çox çay içmək zərərlidir

Yaşı 20-dən yuxarı insan gündə 4 fincandan artıq çay içməməlidir.

Metbuat.az medicina.az-a istinadən xəbər verir ki, bu barədə qastroenteroloq Yevgeniy Belousov bildirib.

“Həddən artıq çox çay içmək qaraciyər, böyrəklər və mədəni sıradan çıxarır.

Çay yüksək dozada təhlükəlidir. Sutkalıq norması 3-4 fincandır. Bir fincan 100 ml həcmində olmalıdır.

Amma orqanizmin çaya, kofeinə fərdi reaksiyası da var. Elə xroniki xəstə ola biər ki, ona çay əks-təsir edə bilər.

Mütləq xəstəliyi olanlar orqanizmin vəziyyətinə uyğun kofein dozası seçməlidir.

Çay antioksidant təsirlidir, sağlamlıq üçün zərərli deyil”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı