"Real"ın əfsanəsi klubdan ayrılır - Peres ona şans vermədi

“Real Madrid”in əfsanəsi Raul Almaniyada yüksək səviyyəli məşqçi olmaq üçün hərəkətə keçib.

Metbuat.az xəbər verir ki, Raul kluba "Real Madrid Castilla"dan ayrılmaq və yüksək səviyyəli komandaya rəhbərlik etmək istədiyini bildirib. “Sport Bild”in xəbərinə görə, “Real Madrid”in əvəzedici komandasına rəhbərlik edən Raul karyerasında yeni səhifə açmaq istəyir. Bildirilir ki, Raulun Bundesliqada məşqçilik etmək istəyi onun Almaniya ilə çoxdankı əlaqəsindən qaynaqlanır. Raul vaxtilə uğurlu çıxış etdiyi “Şalke 04” klubunun baş məşqçisi ola bilər. O, Almaniyada çıxış etdiyi illərdə nəinki dil və mədəniyyətə uyğunlaşıb, həm də alman futbolunun üslubu ilə tanış olub.

Onu da qeyd edək ki, "Şalke" daha əvvəl onu məşqçi kimi geri qaytarmağa çalışmışdı. 2022-ci ildə Bundesliqaya yüksəldikdən sonra “Şalke” Raula təklif göndərib. Lakin o, “Real Madrid”də məşqçilik fürsəti gözlədiyini əsas gətirərək təklifi rədd etmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı