Ronaldo dubl etdi

Səudiyyə Ərəbistanı Pro Liqasının sonuncu, 34-cü turunun "Ən-Nəsr" - "Əl-İttihad" matçı bol qolları ilə yadda qalıb.

Metbuat.az xəbər verir ki, Ər-Riyadın "Əl-Avval Park" stadionunda baş tutan qarşılaşma meydan sahiblərinin 4:2 hesablı qələbəsi ilə başa çatıb. "Ən-Nəsr"in ulduzu Kriştiano Ronaldo dubla imza atıb, Əbdülrəhman Qərib və Meşari Əl-Nemer də fərqləniblər. Qonaqlar isə Fərhah Əl-Şamrani və Fabinyonun dəqiq zərbələri ilə cavab veriblər.

Beləliklə də, Səudiyyə Ərəbistanı çempionatının yekununda "Ən-Nəsr" 82 xal toplayaraq ikinci yeri tutub. "Əl-İttihad" isə 54 xalla 5-ci olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR