Manatın ucuzlaşması gözlənilir? - AÇIQLAMA

"Yanvar, fevral və mart aylarında dollara tələbatın artması nəzərdə tutulurdu. Bunu da bayram tədarükləri ilə əlaqələndirirdilər. Bu, ilin əvvəlində olan idxal müqavilələrinin yenilənməsi ilə bağlı idi. Çünki bir neçə bayram var idi".

Bu sözləri Metbuat.az-a açıqlamasında iqtisadçı Eyyub Kərimli deyib. O bildirib ki, bu baxımdan may ayında dollara olan təlabatın aşağı düşməsi, sabitləşməsi təbii haldır:

"Hazırda bütün lazımi ehtiyatlar yığılıb, məhsul idxalı tarazlaşıb. Bu da dollara tələbatın aşağı düşməsinə öz təsirini göstərir. Digər tərəfdən ola bilər ki, bu təlabat yenidən artsın. Çünki daha çox xaricdə təhsil alan şəxslər təhsil haqqı və sair vəsaitlər ödəməli olacaqlar. Bu, öz təsirini göstərəcək".

İqtisadçı dolların qiymətinin daha bir müddət sabit qalacağını deyib:

"Həm bizim valyuta ehtiyatlarımızın çoxluğu, həm makro iqtisadi göstəricilərin sabit olması, xarici valtuyada olan borclanmanın az olması, dolların sabit qalmasına təsir edir. Həmçinin, dünyada neft qiymətlərinin Azərbaycan büdcəsində nəzərdə tutulan qiymətdən artıq olması müəyyən əsaslar verir ki, dolların qiymətinin sabit qalması bir müddət davam etsin".

Seyranə Quliyeva / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı