İyunun ən şanslı bürcləri: Arzuları reallaşacaq

İyun ayı bəzi bürclər üçün sözün əsl mənasında imtahan ayı olacaq.

Astroloqların proqnozlarına görə, bürclər qarşıdakı aylarda rahat bir nəfəs almaq istəyirlərsə, iyunda bir qədər zəhmət çəkməli olacaqlar.

Metbuat.az tanınmış astrologiya saytlarına istinadla xəbər verir ki, ayın ilk on günü Qoç bürcünün nümayəndələri üçün çox əlverişli keçsə də, ayıncı birinci həftəsinin sonundan etibarən fəaliyyətiniz azalmağa başlayacaq. Qısa bir fasilə verin - tezliklə hər şey düzələcək. Bu dövrü ailə üzvləri ilə münasibətlərə həsr edin, ayın sonunda yenidən uğur sizə qayıdacaq.

Buğa bütün iyun ayı ərzində arı kimi olacaq. Onlar diqqətini cəmləyib, bu işlərin öhdəsindən gəlməlidirlər. Ayın ikinci ongünlüyü ünsiyyət və sosiallaşmağa həsr olunacaq. Münasibətlərdə dalana dirənmiş insanlarla barışın, əgər bu mümkün deyilsə, o zaman neqativ olmadan yollarınızı ayırıb, həyata onlar olmadan davam edin. İstənilən təkliflərə qarşı daha diqqətli olun: fırıldaqçıların caynağına düşmək riski artır.

İyun ayında Əkizlərin həyatında düzgün insanlar peyda olub, onlara köməklik təklif edəcəklər. Bu təkliflər maddi və mənəvi olmaqla hər iki halda mümkün görünür. Ayın ilk iki ongünlüyü xüsusilə əlverişlidir. Ayın 20-dən sonra səhvlər və anlaşılmazlıqlar yaşana bilər, çünki artıq yorulmusunuz, ümumiyyətlə işləmək istəmirsiniz. İşdə bacarıqlarınızı sübut etməli və təsdiq etməli olacaqsınız. Bundan əlavə, ayın ilk yarısında verdiyiniz bütün vədləri yerinə yetirməli olacaqsınız, əks halda bu, nüfuzunuzu korlaya bilər.

İyun ayında Xərçənglər təklik və dünyanın yükünü çiyinlərində yaşamaq istəyəcəklər. Yaxşı olardı ki, iyunun son 10 günündə sərfəli müqavilələri imzalayıb, öhdəliklər üzərinizə götürəsiniz. Romantik münasibətlər fikrinizi qarışdıra bilər.

Tərəzilər insanlara yox deməyi öyrənməlidirlər. Əks halda tükənmişliyin qarşısını almaq olmaz. Bununla belə, ayın birinci yarısında işinizi başa çatdırmağınız daha yaxşıdır. Yalnız bu haıda iyunun ikinci yarısından rahat nəfəs alıb, dənizə tullana bilərsiniz.

Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı