Azərbaycanda bank müdiri faciəvi şəkildə öldü - FOTO

Azərbaycanda fəaliyyət göstərən banklardan birinin filial müdiri faciəvi şəkildə ölüb.

Metbuat.az-ın məlumatına görə, hadisə Cəbrayıl rayonunun Fığanlı kəndi ərazisində baş verib. 1985-ci il təvəllüdlü Səbuhi Nəsrullayevin olduğu "Mitsubishi" markalı avtomobil qəzaya uğrayıb. Hadisə nəticəsində S. Nəsrullayev aldığı xəsarətlərdən keçinib.

Məlumata görə, ictimai fəal kimi tanınan S. Nəsrullayev uzun müddət Bakıdakı Banklardan birinin filial müdiri kimi çalışıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı