Xalq artisti Səməd Səmədov Əli Mirəliyevlə aralarında yaşanan qalmaqala baxmayaraq, onunla küsülü olmadığını deyib.

Milli.Az xəbər verir ki, publika.az-a açıqlama verən sənətçi həmkarının ona etdiyi pislikləri özünəməxsus tərzdə qəbul etdiyini bildirib:

"Ümumiyyətlə, mən kobud insan deyiləm, məni tanıyanlar bunu gözəl bilir. Bəzi adamlar məndən soruşur ki, Əli Mirəliyevlə küsülüsünüz? Cavab verirəm ki, xeyr. Əli zamanında mənim haqqımda çox söz dedi, təhqir etdi. Əli məni biabır edəndə düz bir il gündəmdə qaldım. O, mənim, mən də Əlinin hesabına gündəmdə qaldıq. Buna görə əsəbiləşib, kobud söz deməyin yeri də yoxdur. Əli məni görəndə öpüb-qucaqlayır".

Milli.Az