Bəzi insanlar uzunmüddətli münasibətlər üçün daha uyğun şəxsi keyfiyyətlərə malik olurlar, digərləri isə əksinə. Astroloqlara görə, bürclər bu baxımdan önəmli rol oynayır.
Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, astroloqların fikrincə, bəzi bürclər malik olduqları xüsusiyyətlərə görə uzunmüddətli münasibətlərə, xüsusən ailə həyatına o qədər də uyğun olmurlar və bunun arxasında onların xarakterlərindəki nüanslar dayanır.
Bu bürclərdən biri Oğlaqlardır. Onlar yaradıcı və emosional və asosial olurlar. Bir insanla uzun zaman vaxt keçirmək onlara sıxıcı gələ bilər. Daha çox özləri ilə zaman keçirməyi sevən Oğlaqlarla ailə qurarkən, iki dəfə düşünmək lazımdır.
Balıqlar bürcü də bu siyahıdadır. Onlar bəzi məqamlarda anlayışlı görünsələr də, əslində daha çox özlərini düşünən bir eqoistdirlər. Ona görə də, onlarla yaşayacağınız bir həyat sizi xoşbəxt etməyə bilər.
Əqrəb bürcləri kinli olurlar. Bu da onlara partnyorları ilə mehriban və səmimi münasibət qurmağda mane olur. Səmimiyyət olmayan bir münasibət isə uzun müddət davam edə bilməyəcək.